Finss.az - 2025-ci ilin yanvar-may aylarında AZİPS, XÖHKS və AÖS sistemləri vasitəsilə aparılan ödənişlərin ümumi həcmi 300 milyard manatı, əməliyyat sayı isə 68,6 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankı bildirir ki, illik müqayisədə ümumi məbləğ 3,4 % azalsa da, əməliyyat sayı 2,8 % artıb.
Əməliyyatların bölgüsü belədir:
-
AZİPS: 862,4 min əməliyyat – 277,22 milyard manat
-
XÖHKS: 67,2 milyon əməliyyat – 22,28 milyard manat
-
AÖS: 577,7 min əməliyyat – 577,2 milyon manat