Finss.az - 2025-ci il iyunun 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,79 faiz bəndi artım deməkdir.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, xarici valyutada yeni verilmiş kreditlərin orta faiz dərəcəsi isə 6,59%-ə çatıb. Bu göstərici illik müqayisədə 0,84 faiz bəndi yüksəlib.
Cari dövrə ölkə üzrə bank sektorunun kredit portfeli 28 milyard 386,5 milyon manat olub. Bu məbləğin:
-
15 milyard 100 milyon manatı biznes kreditləri,
-
8 milyard 881,9 milyon manatı istehlak kreditləri,
-
4 milyard 404,6 milyon manatı isə ipoteka kreditləri təşkil edir.