BANK

10 İyul

Zəmanətlə təmin olunan ipoteka kreditlərinin həcmi 116,9 milyon manata çatıb

2025-ci il iyulun 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən ümumilikdə 116,891 milyon manat məbləğində 1 294 ipoteka krediti zəmanətlə təmin olunub.

Finss.az xəbər verir ki, bu barədə Fondun baş meneceri Rasim Abdullayev məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər Fond xətti ilə verilmiş ipoteka kreditlərinin 32 %-i güzəştli kateqoriyaya aid şəxslərə təqdim edilib.

Bundan əlavə, kredit portfelinin 67 %-i gənclərə və gənc ailələrə, 22 %-i isə regionların (52 şəhər və rayonun) payına düşür.

Qeyd edək ki, Fondun zəmanət mexanizmi daha geniş əhatə dairəsinə malik olmaqla, ipoteka kreditlərinə çıxışı məhdud olan şəxslər üçün əhəmiyyətli dəstək rolunu oynayır.

Fuad Mədətov
Finss.az