BANK

11 İyul

Azərbaycandan Çinə pul köçürmələri 2 dəfə azalıb

Finss.az - 2025-ci ilin birinci rübündə Azərbaycandan Çinə fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,361 milyon ABŞ dolları təşkil edib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azalıb — keçən il həmin dövrdə 2,721 milyon dollar köçürülmüşdü.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Çinin payı cəmi 1,2% təşkil edib.

Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3% azalma deməkdir.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi də 229,494 milyon ABŞ dolları təşkil edib və 2024-cü ilin eyni dövrünə nisbətən 22,1% azalıb.

Ekspertlər bu azalmanı qlobal iqtisadi şəraitdəki dəyişikliklər, valyuta məzənnələri və digər makroiqtisadi faktorlarla əlaqələndirir.