Finss.az - Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində investisiya yatırılıb.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir.
Əldə olunan göstəricilər sektorlar üzrə ciddi fərqləri üzə çıxarır. Belə ki, neft-qaz sektoruna yatırılan sərmayələr 23,8 faiz azalıb, əvəzində qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 13,5 faiz artım göstərib. Bu, iqtisadiyyatın diversifikasiyası istiqamətində atılan addımların davam etdirildiyini göstərir.
İnvestisiyaların bölgüsü belə olub:
-
50,4% (4 milyard 67,9 milyon manat) – məhsul istehsalına
-
33,1% (2 milyard 672 milyon manat) – xidmət sahələrinə
-
16,5% (1 milyard 333,6 milyon manat) – yaşayış evlərinin tikintisinə
İnvestisiyaların 75,2 faizi (6 milyard 70 milyon manat) daxili mənbələr hesabına həyata keçirilib. Əsas kapitala yönəldilən ümumi vəsaitin 78,2 faizi (6 milyard 314,3 milyon manat) isə tikinti-quraşdırma işlərinə sərf olunub.