Finss.az - Azərbaycan Respublikası Mərkəzi Bankı “Modenis” MMC-nin lisenziyasını dəyişib.
5 iyun 2024-cü il tarixində verilmiş EPT-003 nömrəli lisenziya əsasında təşkilat “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” xidmətləri göstərirdi. Lakin 17 iyul 2025-ci il tarixli qərarla “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
“Modenis” MMC fəaliyyətini ödəniş təşkilatı kimi davam etdirəcək.