2025-ci ilin iyun ayının sonunda Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 527,4 milyon manata çatıb.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 75,7 milyon manat və ya 16,8%, cari ilin may ayının sonu ilə müqayisədə isə 19,1 milyon manat və ya 3,8% artım göstərib. Xatırladaq ki, 2024-cü ilin sonunda bu göstərici 451,7 milyon manat, 2025-ci ilin may ayının sonunda isə 508,3 milyon manat təşkil edirdi.
Hesabat dövründə bank sektorunun ümumi kredit portfeli də artaraq 28,472 milyard manata yüksəlib ki, bu da ay ərzində 0,3% və ya 85,6 milyon manat artım deməkdir.
Kredit portfelinin strukturunda:
- Biznes kreditləri – 53,2% və ya 15,144 milyard manat,
- İstehlak kreditləri – 31,3% və ya 8,898 milyard manat,
- İpoteka kreditləri – 15,5% və ya 4,430 milyard manat təşkil edib.
Fuad Mədətov
Finss.az