BANK

31 İyul

AYİB-in Azərbaycandakı layihə portfeli 948 milyon avroya çatıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihə portfeli 2025-ci ilin iyun ayının sonuna 948 milyon avroya çatıb. Hazırda bu portfel 34 layihəni əhatə edir.

Bu barədə Finss.az AYİB-ə istinadən xəbər verir ki, bu layihələrdə AYİB-in iştirakı 1 faiz səviyyəsindədir. Əməliyyat aktivlərinin ümumi həcmi isə 693 milyon avro olaraq qeydə alınıb.

Portfelin strukturuna baxıldıqda, özəl sektorun payı 38 faiz təşkil edir.

AYİB-in Azərbaycandakı fəaliyyəti ərzində ölkə iqtisadiyyatına yatırdığı ümumi investisiya 3 milyard 656 milyon avroya çatıb. Ayrılmış vəsaitlərin həcmi isə 3 milyard 351 milyon avro olub.

Bank bu günə qədər Azərbaycanda 198 layihənin həyata keçirilməsinə dəstək göstərib.