BANK

04 Avqust

Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 8,5 milyard manatı ötüb

2025-ci ilin iyun ayının sonuna Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 8 milyard 508 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici may ayı ilə müqayisədə 21,4 milyon manat və ya 0,25 faiz artıb. May ayının sonunda bu rəqəm 8 milyard 486 milyon manat səviyyəsində olub.

Hesabat dövründə ölkə üzrə biznes kredit portfelinin ümumi həcmi 15 milyard 144 milyon manat təşkil edib.

2025-ci il iyulun 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda 966 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Bu göstərici kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizinə bərabərdir. Sözügedən subyektlərin əksəriyyəti “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,8 faiz), “Emal sənayesi” (13,3 faiz), “Tikinti” (11,6 faiz) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,3 faiz) sahələrində fəaliyyət göstərir.

Fuad Mədətov
Finss.az