BANK

06 Avqust

AMB-nin valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının 2025-ci il avqustun 1-nə olan valyuta ehtiyatları 11 milyard 191 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb.

Finss.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici iyulun 1-i ilə müqayisədə 37,3 milyon dollar və ya 0,3 faiz artım deməkdir.

Cari ilin əvvəli ilə müqayisədə ehtiyatlarda 202,7 milyon dollar və ya 1,8 faiz artım müşahidə olunur. Eyni zamanda, son bir il ərzində valyuta ehtiyatları 574,5 milyon dollar və ya 4,9 faiz azalıb.

Fuad Mədətov
Finss.az