Finss.az-Ziraat Bank Azərbaycan müştəri məmnuniyyətini ön planda saxlayaraq beynəlxalq bankçılıq xidmətlərini qlobal standartlara uyğunlaşdırmaq və innovativ həllərlə zənginləşdirmək istiqamətində fəaliyyətini davam etdirir.
Bank bu dəfə müştərilərinə beynəlxalq pul köçürmələrini daha rahat şəkildə izləmək imkanı verən yeni funksiyanı istifadəyə təqdim edib. Belə ki, Bank (SWIFT) GPI sistemini tətbiq etməklə, müştərilərinə İnternet Bankçılıq xidməti vasitəsilə öz köçürmələrini izləmək imkanı yaradıb.
Artıq müştərilər İnternet Bankçılıq xidməti üzərindən SWIFT GPI izləmə funksiyası ilə göndərilən vəsaitin hansı mərhələdə olduğunu real vaxt rejimində izləyə biləcəklər. Bu yenilik sayəsində müştərilər köçürmələrin icra olunma mərhələlərini addım-addım görəcək, əlavə müddət itirmədən əməliyyatın gedişatı barədə ətraflı məlumat və SWIFT mesajını əldə edə biləcəklər.
Qeyd edək ki, Bank bu xidməti müştərilərinə ödənişsiz təqdim edir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.