BANK

10 Sentyabr

Elektron pulqabı seçimi: rahatlıqdan əlavə, risklərin idarə edilməsi vacibdir - Elşad Məmmədov

Finss.az – Rəqəmsal ödənişlərin artması ilə elektron pulqabıların seçimi gündəmə gəlir və istifadəçilər üçün düzgün seçim vacibdir.

Bu mövzuda Finss.az-a danışan iqtisadçı-professor Elşad Məmmədov elektron pulqabıları seçərkən əsas meyarları açıqlayıb.

Onun sözlərinə görə, əsas prioritet təhlükəsizlik olmalıdır:

"Elektron pulqabı seçərkən maksimum şəkildə təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Eyni zamanda, pulqabı ilə bağlı mövcud məhdudiyyətlərkomissiya haqları diqqətlə qiymətləndirilməlidir. İstehlakçılar öz vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün sistemli və müqayisəli yanaşma tətbiq etməlidir."

E.Məmmədov əlavə edib ki, təhlükəsizlik, məhdudiyyətlər və əlavə xərclər kimi amillər istifadəçilərin vəsaitlərinin qorunmasını təmin edir və ödəniş sistemlərinin etibarlılığını artırır.

Elektron pulqabı seçimi yalnız rahatlıq və funksionallıq baxımından deyil, həm də təhlükəsizlik, məhdudiyyətlər və komissiya xərcləri nəzərə alınaraq aparılmalıdır. Bu yanaşma həm istifadəçilərin maraqlarını qoruyur, həm də rəqəmsal ödəniş bazarında etibarlı mühit yaradır.

Fuad Mədətov
Finss.az