2025-ci ilin ilk 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2,1% artaraq 1,7 milyard dollar təşkil edib.
Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, turizm xidmətləri üzrə ixrac 946,4 milyon dollar, idxal isə 752,1 milyon dollar olub və nəticədə 194,3 milyon dollar profisit yaranıb.
Hesabat dövründə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0,7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,1% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən turizm xidmətlərinin 752,1 milyon dollar həcmində olduğu bildirilib ki, bunun 77,4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlıdır (məkik idxal üçün ödənişlər istisna olmaqla).
Eyni dövrdə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2,0 milyon dollar, digər işgüzar xidmətlərin həcmi isə 32,7% artaraq 1,1 milyard dollar təşkil edib.
Fuad Mədətov
Finss.az