2025-ci ilin ilk 6 ayında Asiya İnkişaf Bankı (AİB) vasitəsilə Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların həcmi 3,428 milyon ABŞ dolları təşkil edib.
Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,494 milyon ABŞ dolları və ya 77,2% artım deməkdir. AİB-dən yatırılan investisiyaların Azərbaycana gələn birbaşa xarici investisiyaların ümumi həcmində payı 0,1% olub.
Xatırladaq ki, 2024-cü ilin ilk yarısında AİB-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,934 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına gələn birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarını keçib, ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2% artım deməkdir.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə yönəlmiş birbaşa xarici investisiyaların həcmi 1,350 milyard ABŞ dolları olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,2% çoxdur.
Fuad Mədətov
Finss.az