BANK

19 Sentyabr

Gürcüstandan Azərbaycana birbaşa investisiyalar 2,5 dəfə artıb

2025-ci ilin ilk 6 ayında Gürcüstandan Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi 69,1 milyon ABŞ dolları təşkil edib.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41,5 milyon dollar və ya 2,5 dəfə çoxdur. Hesabat dövründə Gürcüstan investisiyalarının Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 2,1 faiz təşkil edib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk yarısında Gürcüstan iqtisadiyyatına 77,1 milyon dollar sərmaye qoyub, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 milyon dollar və ya 18,8 faiz artım deməkdir. Azərbaycan investisiyasının Gürcüstanın birbaşa xarici investisiyalarının ümumi həcmindəki payı 5,7 faiz təşkil edir. Bu nəticə ilə Gürcüstan Azərbaycanın ən çox sərmaye qoyduğu ölkələr arasında beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2024-cü ilin ilk yarısında Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 27,6 milyon dollar, Azərbaycandan isə həmin ölkəyə yatırımların həcmi 64,9 milyon dollar olub.

Fuad Mədətov
Finss.az