Bu ilin birinci yarımilində Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,395 milyon ABŞ dolları təşkil edib.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,234 milyon ABŞ dolları və ya 62,7% çoxdur.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Qətərin payı 1,6% olub və Qətər bu göstərici üzrə Azərbaycana daxilolmaların 11-ci yerini tutub.
2024-cü ilin birinci yarımilində Qətərdən Azərbaycana pul köçürmələrinin həcmi 5,161 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.
Eyni zamanda, xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilinə nisbətən 33,847 milyon ABŞ dolları və ya 6% azdır.
Fuad Mədətov
Finss.az