Cari ilin ilk yarısında Azərbaycandan fiziki şəxslər tərəfindən Belçikaya həyata keçirilmiş pul köçürmələrinin həcmi 1,815 milyon ABŞ dolları təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 279 min ABŞ dolları və ya 18,2% çoxdur.
Hesabat dövründə Belçikanın payı Azərbaycandan xaricə edilən pul köçürmələrinin ümumi həcmində 0,8% təşkil edib.
2024-cü ilin ilk yarısında Belçikaya köçürmələrin həcmi 1,536 milyon ABŞ dolları olub.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.
Eyni zamanda, fiziki şəxslərin xaricdən Azərbaycana həyata keçirdiyi pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azalma deməkdir.
Fuad Mədətov
Finss.az