BANK

30 phrase_var_core.september

Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri artıb

2025-ci ilin birinci yarımilində Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,683 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,311 milyon ABŞ dolları və ya 35,3% artım deməkdir. Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Səudiyyə Ərəbistanının payı 2,4% olub və bu ölkə Azərbaycana ən çox pul daxilolmaları üzrə 7-ci pillədə qərarlaşıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk yarımilində Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,372 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azalma deməkdir.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilinə nisbətən 33,847 milyon ABŞ dolları və ya 6% azalma deməkdir.

Fuad Mədətov
Finss.az