BANK

30 phrase_var_core.september

Visa sərhədlərarası ödənişlərdə stablecoin pilot layihəsini işə salır

Finss.az - Biznes şirkətlərinin sərhədlərarası ödənişləri maliyyələşdirmə üsulu daha sürətli, ağıllı və operativ formada həyata keçiriləcək. Bu gün Visa elan etdi ki, 11 milyard uyğun kart, bank hesabları və pul kisələrini birləşdirən qlobal pul vəsaitlərinin hərəkəti platforması olan Visa Direct vasitəsilə stabilcoin öncədən hesabın artırılması üzrə pilot layihəni istifadəyə verəcək. Bu imkan biznes şirkətlərinə pulu qlobal miqyasda köçürməyin yeni yolunu təqdim edir – likvidliyi təmin edir və rəqəmsal iqtisadiyyat üçün xəzinədarlıq əməliyyatlarını müasirləşdirir.

Onilliklər boyu sərhədlərarası pul köçürmələri kapitalı əvvəlcədən əlaqələndirən, ləng və bahalı sistemlərdən asılı olub. Bu pilot layihə vasitəsilə Visa Direct stablecoin-ləri yeni maliyyələşdirmə mənbəyi kimi sınaqdan keçirir. Məqsəd: maneələri azaltmaq, likvidliyə daha sürətli çıxışı təmin etmək və maliyyə institutlarına qlobal ödənişləri idarə etməkdə daha çox çeviklik vermək.

"Uzun müddətdir ki, sərhədlərarası ödənişlər köhnəlmiş sistemlərdə ilişib qalıb," – Visa-nın Kommersiya və Pul Vəsaitlərinin Hərəkəti Həlləri üzrə Prezidenti Kris Nyukirk dedi. "Visa Direct-in yeni stablecoin inteqrasiyası pul vəsaitlərinin qlobal miqyasda dərhal hərəkət etməsini təmin edir və biznes şirkətlərinə ödəniş üsullarında daha çox seçim imkanı verir."

Nə üçün önəmlidir

  • Likvidliyin təmin olunması: Stablecoin öncədən hesabın artırılması sistemi biznesləri böyük nağd balansları əvvəlcədən saxlamadan azad edir, kapitalın işlək vəziyyətdə olmasını təmin edir və eyni zamanda ödənişlərin həyata keçirilməsini təmin edir.
  • Müasirləşdirilmiş xəzinədarlıq: Maliyyə institutları pul vəsaitlərinin hərəkətini günlər əvəzində dəqiqələr ərzində həyata keçirə bilər, likvidliyi daha dinamik və həssas edir.
  • Proqnozlaşdırma imkanı: Stabilcoin-lər yerli valyuta dəyişkənliyinə məruz qalmanı azaldaraq və xəzinədarlıq proseslərini sabitləşdirərək ardıcıl ödəniş sistemi təqdim edir.
  • Daha az xərc — Xərcləri artırmadan öncədən hesabın artırılması tezliyini yüksəldir

Pilot layihənin iş prinsipi

  • Stablecoin öncədən hesabın artırılması: Biznes şirkətləri ödənişləri qarşılamaq üçün nağd pul əvəzinə Visa stablecoin-ləri göndərir. Visa bu stablecoin-ləri “bankdakı pul” kimi qəbul edir.
  • Kimlər üçündür: Sərhədlərarası likvidliyi idarə etmək üçün daha sürətli və operativ həllərə ehtiyacı olan banklar, pul köçürmə şirkətləri və digər maliyyə institutları üçün.
  • Əlçatanlığı: Visa pilot layihə üzrə meyarlara cavab verən seçilmiş tərəfdaşlarla işləyir və 2026-cı ildə pilot layihəni genişləndirməyi planlaşdırır.

Visa Direct stablecoin pilot layihəsi, Visa-nın pul vəsaitlərinin hərəkətinin gələcəyini daha sürətli, daha çevik və rəqəmsal dünyaya uyğun qurmaq üçün nəzərdə tutulmuşdur. Visa öz qlobal şəbəkəsinin miqyası və etibarlılığını blokçeyn-in proqramlaşdırıla bilən imkanları ilə birləşdirərək və öncədən hesabın artırılması üzrə aparıcı ödəniş təminatçıları ilə əməkdaşlıq edərək, bizneslər, maliyyə institutları və istehlakçılar üçün sərhədlərarası ödənişləri müasirləşdirməyə kömək edir.

Visa haqqında

Visa (NYSE: V) rəqəmsal ödəmələr sahəsində dünya lideridir və 200-dən çox ölkə və ərazidə istehlakçılar, satıcılar, maliyyə qurumları və dövlət orqanları arasında tranzaksiyaların həyata keçirilməsini təmin edir. Missiyamız fiziki şəxslərin, biznes şirkətlərinin və iqtisadiyyatların inkişaf etməsinə imkan yaratmaqla dünyanı ən innovativ, rahat, etibarlı və təhlükəsiz ödəniş şəbəkəsi ilə birləşdirməkdir. Biz inanırıq ki, iqtisadiyyat hər kəsi hər yerdə əhatə etdikdə, hər kəsi hər yerdə dəstəklədikdə və çıxışı pul hərəkətinin gələcəyi üçün təməl hesab etdikdə uğur qazanır. Ətraflı məlumat visa.com.az.