Niderlandın ING Group maliyyə qrupu proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2024-cü ildəki ÜDM-in 6,3%-indən 2%-ə enəcək, 2026-cı ildə isə bu göstərici 3,3% səviyyəsində defisitə çevrilə bilər.
Finss.az xəbər verir ki, oxşar tendensiya ticarət balansında da müşahidə olunur: 2024-cü ildə ÜDM-in 11,9%-i olan ticarət profisiti 2025-ci ildə 6,3%-ə, 2026-cı ildə isə 1,2%-ə qədər azalacaq. Eyni zamanda, ölkənin xarici borcu nisbətən sabit qalacaq – 2024-cü ildə ÜDM-in 20,2%-i, 2025-ci ildə 19,5%, 2026-cı ildə 19,7% təşkil edəcək.
Cari əməliyyatlar balansının azalması neft qiymətlərinin düşməsi və idxalın davamlı artımı ilə əlaqələndirilir. Azərbaycan Mərkəzi Bankı valyuta bazarındakı axınlara diqqət yetirir və xarici sabitliyin qorunmasının vacibliyini vurğulayır.