BANK

10 phrase_var_core.october

Azərbaycan banklarında kredit qoyuluşu 30,5 milyard manata çatıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 30,465 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 530,9 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən xəbər verir ki, cəmi kredit qoyuluşlarının 26,4 milyard manatını milli valyutada kreditlər, 4,1 milyard manatı isə xarici valyutada verilmiş kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 434,3 milyon manatının, xarici valyutadakı kreditlərin isə 96,6 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin sentyabrın 1-nə milli valyutada qoyulmuş kreditlər 2,8 milyard manat və ya 10,2% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 533,6 milyon manat və ya 11,6% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,2 milyard manatını qısamüddətli, 22,1 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 706,2 milyon manatını qısamüddətli, 3,4 milyard manatını uzunmüddətli kreditlər təşkil edib.

Fuad Mədətov
Finss.az