Finss.az - Beynəlxalq Valyuta Fondu (BVF) “World Economic Outlook” hesabatının oktyabr nəşrinə əsasən, Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 4,5 % artacağını proqnozlaşdırır.
Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə inflyasiya 2,2 % olub. Son proqnoz BVF-nin aprel hesabatındakı qiymətləndirmələrlə üst-üstə düşür.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sentyabr ayında CPI 105,7 % səviyyəsində olub. Ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə göstərici 107,9 %, qeyri-ərzaq məhsulları üzrə 102,4 %, pullu xidmətlər üzrə isə 105,3 % təşkil edib.
Fuad Mədətov
Finss.az