Finss.az - Beynəlxalq Valyuta Fondu (BVF) oktyabr buraxılışında dərc olunan “World Economic Outlook” hesabatında Azərbaycanın cari əməliyyatlar balansı və işsizlik proqnozlarını yeniləyib.
Oktyabr proqnozlarına əsasən, Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2025-ci ildə ÜDM-in 4,3 %, 2026-cı ildə 2,3 % səviyyəsində olacaq. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 6,3 % təşkil edib. Apreldə isə 2025-ci il üçün 7,8 %, 2026-cı il üçün 4,1 % profisit proqnozlaşdırılıb.
Eyni zamanda BVF işsizlik səviyyəsinin 2025 və 2026-cı illərdə 5,3 %, 2024-cü ildə isə 5,4 % olacağını proqnozlaşdırır. Bu göstəricilər apreldəki proqnozlarla üst-üstə düşür.
Fuad Mədətov
Finss.az