BANK

16 Oktyabr

BVF Azərbaycanın əməliyyatlar balansına dair yenilənmiş proqnoz açıqlayıb

Finss.az - Beynəlxalq Valyuta Fondu (BVF) “World Economic Outlook” icmalı çərçivəsində Azərbaycanın cari əməliyyatlar balansına dair məlumatlarını açıqlayıb.

BVF-in məlumatına əsasən, cari əməliyyatlar saldosu ÜDM-ə nisbətdə aşağıdakı kimi olub:

  • 2017: 4,1 %
  • 2018: 12,8 %
  • 2019: 9,1 %
  • 2020: –0,5 %
  • 2021: 15,1 %
  • 2022: 29,8 %
  • 2023: 11,5 %
  • 2024: 6,3 %

BVF-nin oktyabr proqnozuna görə, 2025-ci ildə profisit 4,3 %, 2026-cı ildə isə 2,3 % olacaq, bu da 2024-cü ilin 6,3 % göstəricisi ilə müqayisədə azalma deməkdir.

Proqnoz həmçinin apreldə açıqlanan 2025-ci il üçün 7,8 % və 2026-cı il üçün 4,1 % proqnozları ilə müqayisədə daha aşağıdır.

Fuad Mədətov
Finss.az