2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Bank Respublika ASC-nin aktivləri 2 717 912 032 manat təşkil edib və illik 24,9% artım göstərib.
Finss.az-ın bankın məlumatlarına istinadən verdiyi xəbərə görə, bankın kredit portfeli 1 577 152 min manat səviyyəsində olub və illik 7,2% artım qeydə alınıb.
Xalis mənfəət isə 43 167 721 manat təşkil edib.
Bu göstəricilər Bank Respublikanın aktivlərinin və kredit portfelinin artdığını, həmçinin mənfəətinin stabilliyini təsdiqləyir.
Fuad Mədətov
Finss.az