BANK

20 Oktyabr

AFB Bank-ın aktivləri və kredit portfeli artıb

2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, AFB Bank ASC-nin aktivləri 320 470 650 manat təşkil edib və illik 8,6% artım göstərib.

Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 232 200 min manat səviyyəsində olub və illik 26,8% artım qeydə alınıb.

Xalis mənfəət isə 2 263 270 manat təşkil edib.

Bu göstəricilər AFB Bankın kredit portfelinin sürətli artdığını, aktivlərinin müsbət dinamika göstərdiyini və mənfəətinin sabit qaldığını təsdiqləyir.

Fuad Mədətov
Finss.az