BANK

20 Oktyabr

TuranBank-ın aktivləri və kredit portfeli artıb

2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, TuranBank ASC-nin aktivləri 892 534 000 manat təşkil edib və illik 5,0% artım göstərib.

Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 710 929 min manat səviyyəsində olub və illik 9,1% artım qeydə alınıb.

Xalis mənfəət isə 1 602 000 manat təşkil edib.

Bu göstəricilər TuranBankın aktivlərinin və kredit portfelinin müsbət dinamika göstərdiyini, həmçinin mənfəətinin sabit qaldığını təsdiqləyir.

Fuad Mədətov
Finss.az