2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Azərbaycan Sənaye Bankı ASC-nin aktivləri 799 426 560 manat təşkil edib və illik 2,6% artım göstərib.
Bankın kredit portfeli 301 892 min manat səviyyəsində olub və illik 1,8% artım qeydə alınıb.
Xalis mənfəət isə 5 154 790 manat təşkil edib.
Bu göstəricilər Azərbaycan Sənaye Bankının aktivlərinin və kredit portfelinin müsbət dinamika göstərdiyini, həmçinin mənfəətinin stabilliyini təsdiqləyir.
Fuad Mədətov
Finss.az