BANK

20 Oktyabr

Azərbaycan Beynəlxalq Bankı-nın kredit portfeli artıb

2025-ci ilin 3-cü rübünün sonuna olan məlumatlara görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC-nin aktivləri 13 324 521 850 manat təşkil edib və illik 2,2% azalma göstərib.

Finss.az bankın məlumatlarına əsasən xəbər verir ki, bankın kredit portfeli 6 802 550 min manat səviyyəsində olub və illik 7,1% artım qeydə alınıb.

Xalis mənfəət isə 261 322 580 manat təşkil edib.

Bu göstəricilər göstərir ki, bankın aktivlərində azalma müşahidə olunsa da, kredit portfeli artıb və mənfəət yüksək səviyyədə qalıb.

Fuad Mədətov
Finss.az