2025-ci ilin sentyabrın 30-na Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2,926 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ilin əvvəlinə nisbətən 340,6 milyon manat artım deməkdir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, xarici öhdəliklərdəki artım əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcminin artması ilə bağlıdır.
Fuad Mədətov
Finss.az
