2025-ci ilin oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 10,686 milyard manat təşkil edib ki, bu da 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,2%-i deməkdir.
Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, dövlət zəmanətinin 9,024 milyard manatı (5,308 milyard ABŞ dolları) və yaxud 84,4%-i xarici kreditlərin, 1,662 milyard manatı və ya 15,6%-i daxili kreditlərin payına düşüb.
Xarici dövlət zəmanətli borc portfelinin 79,1%-i (4,197 milyard ABŞ dolları) “Cənub Qaz Dəhlizi” QSC-nin cəlb etdiyi kreditlərə verilmiş dövlət zəmanətlərindən ibarətdir.
Hesabat tarixinə görə, dövlət zəmanətli borc portfelinin 58,8%-i sabit, 41,2%-i dəyişkən faiz dərəcəli borcdan ibarət olub.
Valyuta strukturu aşağıdakı kimidir:
- ABŞ dolları: 63,3%
- Avro: 18,5%
- Manat: 12,4%
- Yapon yeni: 3,9%
- Digər valyutalar: 1,9%
Bu göstəricilər Azərbaycanın dövlət zəmanətli borcunun beynəlxalq və daxili kreditlərlə balanslaşdırıldığını, həm sabit, həm də dəyişkən faizli borc həcmindən ibarət olduğunu və valyuta diversifikasiyasına diqqət yetirildiyini göstərir.
Fuad Mədətov
Finss.az

