BANK

31 Oktyabr

Azərbaycan Mərkəzi Bankı və Dünya Bankı maliyyə sektorunda islahatları və rəqəmsal ödənişləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB)Dünya Bankı (DB) arasında makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub.

Finss.az AMB-nin məlumataına əsasən xəbər verir ki, bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişafı məsələləri müzakirə olunub. Eyni zamanda, Mərkəzi Bank ilə əməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyə sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə danışılıb.

Görüşdə həmçinin Dünya Bankının Azərbaycandakı fəaliyyətigələcək perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.