BANK

01 Yanvar
18

Bu bank da manata “YOX” dedi

Azərbaycanda manatla kredit verən bankların sayı sürətlə azalır. Artıq “AGBank” da milli valyutada kredit ayrılmasını dayandırıb. Bu barədə fins.az-a bankdan bildirilib.
Bu il, fevralın 21-də Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi kəskin devalvasiyadan sonra “AGBank” kreditləşməni manatla həyata keçirən azsaylı banklardan biri idi. Lakin, göründüyü kimi, bu bank da dollarlaşma prosesindən kənarda qala bilməyib və risklərini azaltmaq üçün kredit şərtlərinə yenidən baxmalı olub.
Hazırda bank yalnız ABŞ dolları ilə, illik 28%-dən başlayaraq və 3 il müddətinə müştərinə kredit ayırır. Kreditin maksimal məbləği 10 min dollardır.