BANK

01 Yanvar
11

Beynəlxalq Bank 200 milyon dollar kredit alıb

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2015-ci ildə ilk dəfə 200 milyon ABŞ dolları ekvivalenti məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bankdan fins.az-a verilən məlumata görə, sindikasiyanın təşkilatçıları “Citibank N.V.”, “Ingbank N.V.”, “Raiffeisenbank International AG”, “UniCreditBank Austria AG”dir.
Əvvəlcədən kredit 125 milyon dollar məbləğində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutlarının qoşulması nəticəsində kreditin məbləği 200 milyon dollara qədər yüksəlib.
Vəsait 1 il müddətinə cəlb edilib, ticarət və korporativ maliyyələşməyə yönəldiləcək.