BANK

01 Yanvar
7

Beynəlxalq Bankda dövlətin payı ödənilib

Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) nizamnamə kapitalının 100 milyon manat artırılması ilə bağlı öz öhdəliyini yerinə yetirib. Bu barədə fins.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir. Məlumata görə, nazirlik dövlətin ABB-dəki payına (51,07%) uyğun olaraq banka 51,07 milyon manat pul ödəyib. Qalan 48,93 milyon manat isə ABB-nin digər səhmdarları olan fiziki və hüquqi şəxslər tərəfindən təmin edilməlidir.
ABB-nin səhmlərinin BFB-də yerləşdirməsinə bu il, martın 29-da başlanılıb. 3 ay davam edəcək hərraca hər birinin nominal dəyəri 0,27 manat olan 370 370 371 səhm çıxarılıb. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdirilib. Emissiya nəticəsində bankın nizamnamə kapitalı 590,2 milyon manatdan 690,2 milyon manata çatdırılmalıdır.
Bununla belə, ABB-nin səhmdarlarının bu il, aprelin 2-də qəbul etdiyi qərar əsasən nizamnamə kapitalı daha 200 milyon manat artırılacaq.