BANK

01 Yanvar
7

Mərkəzi Bankdan məzənnə açıqlaması

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Alim Quliyev manatın məzənməsi ilə bağlı açıqlama verib. Fins.az-ın məlumatına görə, AMB rəsmisi bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilmiş iclasında danışıb. Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti sabitləşdikcə, manatın məzənnəsi də sabitləşəcək və ciddi devalvasiya olmayacaq.
Alim Quliyev Azərbaycan banklarının əsasən dollarla kredit verməsinə də münasibət bildirib. Sədr müavini deyib ki, bununla bağlı təmsil etdiyi qurum banklara heç bir göstəriş verməyib: “Hazırda bankların əlində olan vəsaitlər dollarladır. Əhali əmanətlərini dollara çevirib. Banklar da risklərini azaltmaq üçün krediti dollarla verir”.
Onun sözlərinə görə, AMB bankların manata olan tələbatını ödəmək üçün işlər görür və bu da öz növbəsində manatla kreditlərin payını artıracaq.