BANK

26 Aprel
11

Beynəlxalq Banka rəhbər iyulda seçiləcək

“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin yeni sədri iyul ayında məlum olacaq. Fins.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, sözügedən vəzifəyə namizədlər olsa da, bu məsələdə tələsməyə ehtiyac yoxdur: “Beynəxalq Bankın Müşahidə Şurasının ümumi yığıncağı iyul ayına planlaşdırılıb. Həmin vaxt bankın İdarə Heyəti üzvlərinin səlahiyyət müddətləri də başa çatacaq. Güman edirəm ki, o vaxta qədər gözləyə bilərik”.