Bank

01 Yanvar
3

“Bank VTB (Azərbaycan)”ın səhmdarları toplaşacaq

Mayın 29-da “Bank VTB (Azərbaycan)”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bankdan fins.az-a verilən məlumata görə, tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbəti ümumi yığıncağının katibinin seçilməsi, bankın 2014-cü ilə olan maliyyə hesabatlığına baxılması məsələləri, eləcə də bankın 2014-cü ilə olan mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında təklifləri daxildir. Bundan başqa səhmdarlar “Bank VTB (Azərbaycan) ASC-nin kommersiya maraqlarının açıqlanması qaydaları”nın yeni redaksiyasının təsdiqlənməsi məsələsini də müzakirə edəcəklər.