BANK

01 Yanvar
2

“Unibank” işçi axtarır – VAKANSİYA

“Unibank” “Hesabatlıq və maliyyə analizi departamentinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər iqtisadiyyat, o cümlədən maliyyə, eləcə də riyaziyyat sahəsində ali təhsilli olmalı, Azərbaycan və rus dillərini mükəmməl bilməli (ingilis dilini bilənlərə üstünlük verilir), “Microsoft Excel” proqramında işləməyi bacarmalı, ACCA/CIMA/CFA sertifikatlarına, MHBS sahəsində biliklərə (DipIFR diplomu olanlara üstünlük veriləcək), BI Oracle üzrə biliklərə malik olmalıdır. Maliyyə sahəsində ən azı bir il iş təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
- MHBS (IFRS) əsasında konsolidə edilmiş hesabatların hazırlanması;
- Daxili və xarici hesabatlıq;
- Xarici audit yoxlamalarının müşayiəti;
- Motivasiya proqramları əsasında hesablamaların aparılması;
Maraqlananlar öz CV-lərini aprelin 19-na qədər elnara.shahbazova@unibank.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı qeyd olunmalıdır.