BANK

01 Yanvar
3

Cahangir Hacıyev “Bank Technique”-ə gətirilir?

Mətbuatda “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin “Bank Technique”in İdarə Heyətinin sədri vəzifəsinə gətirilməsi barədə xəbər yayılıb. Cənab Hacıyevin yaxın günlərdə “Bank Technique”in Müşahidə Şurasının qərarı ilə sözügedən vəzifəyə təyin olunacağı bildirilir.
Fins.az-a açıqlama verən “Bank Technique”in Marketinq şöbəsinin baş mütəxəssisi Rövşən Kazımov isə bildirib ki, bu barədə yayılmış xəbərlər düzgün deyil: “Bankın rəhbərliyindən soruşdum, elə bir məsələ yoxdur. Bu, sadəcə şaiyədir”.
Cahangir Hacıyev səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Hazırda “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyəti sədri vəzifəsini 1-ci müavin Emil Mustafayev icra edir. Elə "Bank Technique"də də İdarə Heyətinin sədri postu boşdur.