Bank

01 Yanvar
2

21 minə yaxın insan kredit tarixçəsi ilə maraqlanıb

2015-cü ilin fevral aylarının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinə 310,6 min sorğu daxil olub. Fins.az-ın məlumatına görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.

Əhalinin MKR sorğuları 6 dəfə artıb

Sorğuların 93,3%-i və yaxud 389,8 mini banklardan daxil olub. Son 1 ildə bankların MKR müraciətləri 36,2% artıb. Kredit tarixçəsi ilə maraqlanan sadə vətəndaşların sayı isə 6 dəfə artaraq 20,8 min olub.

Borcalanların sayı 17% artıb

Ayın yekunlarına görə, MKR xidmətində 2 milyon 367 min borcalan haqqında məlumat toplanıb. Bu, əvvəlki ilə nisbətən 17,4% çoxdur.
Borcalanların böyük hissəsi - 2 milyon 335 mini fiziki şəxslərdir. Son bir ildə kredit alan fiziki şəxslərin sayı 17,4% artıb. Hüquqi şəxs borcalanların sayı isə 10,9 mindir. Son bir ildə onların sayı 6,1% artıb.

Zaminlərin sayı 22% artıb

Son bir ildə Azərbaycanda kredit götürənlərə zaminlik edənlərin sayı da kəskin artıb. Fevral ayının yekunlarına görə, ölkədə 1 milyon 89,6 min nəfər zamin var ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21,9% artıqdır. MKR-dəki kredit məlumatlarının sayı isə 35% artaraq 9,33 milyona çatıb.