BANK

01 Yanvar
9

“Mərkəzi Bank məzənnə siyasətinə düzəliş etməlidir”– Vahid Əhmədov

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov Azərbaycan Mərkəzi Bankını məzənnə siyasətinə yenidən baxmağa çağırıb. Fins.az-ın məlumatına görə, deputat öz fikrini AMB-nin valyuta ehtiyatlarının getdikcə azalması ilə izah edib: “Bir neçə ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollardan 9 milyard dollara düşüb. Əgər vəziyyət bu cür davam edərsə, ehtiyatlar tükəcənəcək. Ona görə də, yumşaq devalvasiya siyasəti davam etdirilməlidir ki, problemlə üzləşməyək. Azərbaycandan xaricə valyuta axını da var və buna qarşı tədbir görülməlidir”.