BANK

01 Yanvar
11

Bankların məcmu kapitalı 1 ayda 26% azalıb

Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycan banklarının məcmu kapitalı 4 milyard 281,8 milyon manat təşkil edib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu yanvar ayının yekunu ilə müqayisədə 43,7 milyon manat və yaxud təxminən 1% azdır. Xatırladaq ki, fevralın 1-nə məcmu kapitalın məbləği 4 milyard 325,5 milyon manat təşkil etmişdi.
Bankların məcmu kapitalı dollarla daha sürətlə azalıb. Məsələ ondadır ki, yanvar ayının sonuna Azərbaycanda 1 ABŞ dolları 0,7844 manata bərabər olub. Başqa sözlə, kapitalın məbləği 5 milyard 514 milyon dollar təşkil edib.
Fevral ayının sonunda isə dolların məzənnəsi 1,0496 manata bərabər olub. Yəni, kapitalın məbləği 4 milyard 80 milyon dollar təşkil edib. Deməli, bankların məcmu kapitalı dollarla ifadədə 26% azalıb.