BANK

01 Yanvar
3

Mərkəzi Bank kredit qadağasına aydınlıq gətirdi

Azərbaycan Mərkəzi Bankı ölkədə kreditlərin verilməsinin dayandırılması barədə yayılmış xəbərlərə münasibət bildirib. Qurumdan fins.az-a daxil olan açıqlamada deyiliir ki, son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bank tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir. Mərkəzi Bank bildirir ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib. Banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər. Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.