BANK

02 May
6

“ALBALI PLUS” artıq telefonunuzda

“Unibank” “ALBALI PLUS” kart sahibləri üçün yenilik edib. Bankdan fins.az-a verilən məlumata görə, “ALBALI PLUS”un yeni mobil əlavəsi artıq smarfonlardadır. Mobil əlavənin köməyi ilə kart istifadəçiləri kartları ilə bağlı istənilən məlumatdan cəmi bir neçə dəqiqə ərzində xəbərdar olacaqlar. Bir çox əməliyyatları banka gəlmədən həyata keçirmək, kartın borcunu görmək və ödəmək, taksit borcunu hissələrə bölmək, karta mədaxil olunan məbləğləri, kartla edilən əməliyyatları görmək, “ALBALI PLUS” kartı ilə keçirilən aksiya və kampaniyalar haqqında məlumat almaq, partnyorların siyahısı - bu imkanlar artıq “ALBALI PLUS” kartının yeni əlavəsində birləşib. Həmçinin, bank filiallarını, hətta yaxınlığınızda olan ATM ünvanlarını da mobil əlavədə görmək mümkündür.
Əlavənin yüklənməsi isə çox asandır. Play Market və App Store-a daxil olub yeni əlavəni mobil telefonuna pulsuz yükləmək olar. Yükləmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:
Android - https://play.google.com/store/apps/details…
iOS - https://itunes.apple.com/az/app/albal-plus/id972168616…