BANK

25 Aprel
12

Hafiz Məmmədov bankını yenə özü müşahidə edir

“Bank of Azerbaijan”ın Müşahidə Şurasının (MŞ) sədri yenidən Hafiz Məmmədov olub. Bu barədə fins.az-a bankdan məlumat verilib. Məlumata görə, indiyə qədər bu vəzifəni tutan Mehman İsmayılov köhnə işinə qayıdıb.
Xatırladaq ki, “Bank of Azerbaijan”ın səhmdarlarının 2014-cü il, mayın 22-də keçirilmiş iclasında bankın MŞ-nın sədri vəzifəsinə Mehman İsmayılov seçilmişdi. Cənab İsmayılov həmin vaxta qədər “Bank Technique”in Audit Komitəsinin sədri olub. O zaman “Bank of Azerbaijan”ın rəhbərliyində baş verən bu dəyişiklik Hafiz Məmmədovun bankının “Bank Technique”nin nəzarətinə keçməsi kimi qiymətləndirilirdi.
“Bank of Azerbaijan” MŞ-nın sədri dəyişsə də, İdarə Heyətinin (İH) rəhbərliyində dəyişiklik yoxdur. Bankın idarə edilməsi ilə yenə də Məhəmmədəli Aslanov məşğul olur. O da bankın səhmdarlarının ötən ilin mayında keçirilmiş iclasında bu vəzifəyə təyin olunub.