BANK

01 Yanvar
3

“Zıraat Bank Azərbaycan” kapitalını formalaşdırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Ziraat Bank Azərbaycan” ASC-nin səhm emissiyasını qeydə alıb. Fins.az-ın QKDK-ya istinadən yaydığı məlumata görə, hərraca hər birinin nominal dəyəri 1000 manat olan 50 min səhmin çıxarılması nəzərdə tutulub. Səhmlər Bakı Fond Birjasında, qapalı şəkildə yerləşdiriləcək. Emissiya baş tutsa, “Ziraat Bank Azərbaycan” 50 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.