BANK

01 Yanvar
2

“Manat planlarımıza təsir edəcək”

Azərbaycanda manatın kəskin ucuzlaşdırılması “Unibank”ın inkişaf planlarına təsir edəcək. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib. Onun sözlərinə görə, həm yeni filialların açılması, həm kredit portfelinin artırılması planlarına dəyişiklik ediləcək: “Bu yaxınlarda bizim Müşahidə Şurasının iclası keçiriləcək və vəziyyət uyğun lazımi qərar qəbul ediləcək. Hələ ki, biz müşahidə mövqeyindəyik və şərtlərə uyğun ssenarilər hazırlayırıq. Yəgin ki, yaxın 2 ay ərzində “Unibank”ın 2015-2016-cı illər üzrə inkişaf strategiyasında müəyyən düzəlişlər edəcəyik”.