Bank

01 Yanvar
2

“Manatla kredit verməyimiz bazardakı vəziyyətdən asılıdır”

“Unibank” kreditləri yalnız dollarla ayırmasına münasibət bildirib. Fins.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib. Onun sözlərinə görə, manatla kreditlərin verilməsinin bərpası bazardakı vəziyyətdən asılıdır: “Biz əmanətlərlə kreditlər arasında balansı qoruyuruq. Əgər bu gün bizim əmanət portfelimizin əhəmiyyətli hissəsi dollarladırsa, xarici valyutada kredit verməyə məcburuq. Əgər sabah avroda əmanətlər çoxalsa, avro ilə verəcəyik. Manatla kreditlərin nə vaxt bərpa olunacağını demək çətindir. Amma ürəkdən arzu edirik ki, dollarlaşma presesi mümkün qədər tez başa çatsın və manata axın başlasın. O zaman manatla kredit vermək olar. Şərtləri bazar diktə edir”.