BANK

01 Yanvar
3

“Dollarla kredit götürən müştərilərimiz arasında çətinliyi olanlar var”

“Unibank”ın bəzi müştəriləri dollarla götürdüyü krediti ödəməkdə çətinlik çəkir. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib. Onun sözlərinə görə, dollar kreditlərinin ödənilməsində problem kütləvi olmasa da, tək-tək hallarda gecikmələr olur: “1000 dollar əvvəl 785 manata bərabər idi, indi 1050 manatdır. Təbii ki, manatla pul qazananların bir qismi çətinlik çəkir. Biz də müştərilərimizin bağladıqları kredit müqavilələrinin şərtlərini yumşaltmağa çalışırıq. Söhbət dollarla kreditlərin köhnə məzənnə ilə qaytarılmasından getmir. Sadəcə müddəti artırırıq ki, onların krediti qaytarması asan olsun. Bu, cəmiyyətin problemidir. Hamını başa düşürük, amma biz də istəmirik ki, kredit portfelimizə problem yaransın. Hər müştərinin arxasınca getmək çətindir”.